
2017-ci ildə ABŞ Ukraynanın təhlükəsizliyinə 150 milyon dollar ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Hill” qəzeti məlumat yayıb. Məlumata görə, sözügedən məbləğ 2017-ci il üçün ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı büdcə layihəsinə salınıb.
“Qanun layihəsinə görə Ukraynanın regionda təhlükəsizliyi və ölkədə hərbçilərin təlimi üçün 150 milyon dollar ayrılacaq”, – məlumatda bildirilib.



