ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 800 milyon dollar da daxil olmaqla 886 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib. Elchi.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Layihənin qəbulunun lehinə 310 konqresmen, əleyhinə isə 118 amerikalı qanunverici səs verib. Eyni zamanda 45 demokrat və 73 respublikaçı bu tədbirə qarşı çıxıb. Qeyd olunur ki, sənəd tezliklə imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.
Havar Şəfiyeva






