ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü Ukraynaya 1 milyard dollara qədər olan növbəti hərbi yardım paketinin ayrılmasına dair memorandum imzalayıb.
Elchi.az bu barədə “Vesti.ru”-ya istinadən xəbər verir.
“Birləşmiş Ştatların konstitusiyası və qanunları ilə prezident kimi mənə verilmiş səlahiyyətə uyğun olaraq, mən bununla dövlət katibinə Müdafiə Nazirliyinin Ukraynaya yardım üçün 1 milyard dollara qədər vəsaiti idarə etmək səlahiyyətini verirəm”,-deyə Ağ Ev sənədində qeyd olunub.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, bir milyard dollardan əlavə, dövlətlər Kiyev rejimi üçün əlavə 850 milyon dollar ayıracaq. “İnterfaks” xəbər verir ki, bu paket çərçivəsində ABŞ Ukraynanı “Patriot” zenit-raket kompleksləri ilə təmin edəcək, həmçinin Ukrayna hərbçilərinə bu sistemin istifadəsi üzrə təlim keçəcək.
Yeganə






