Ukraynaya yardımın davam etdirilməsi dəhşətli qərardır, çünki bu, onun münaqişədə qalib gəlməsinə kömək etməyəcək, ancaq yeni itkilərə səbəb olacaq. Elchi.az xəbər verir ki, bu fikri Missisipi Universitetinin professoru Cozef Atkins “Dialoge Works” “YouTube” kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi artıq münaqişədə məğlubiyyətə uğrayıb. “Buna görə də, onların maliyyələşdirilməsini saxlamaq sadəcə dəhşətli və əxlaqsızlıqdır” – deyə ekspert hesab edir.
O, həmçinin Qərb siyasətçilərini Ukraynadakı münaqişədə öz maraqlarını güdməkdə ittiham edib.
Bundan əvvəl Amerika lideri Co Bayden Konqresdən Ukrayna və İsrailə 61,3 milyard dollarlıq yardımın daxil olduğu büdcə ilə bağlı razılığa gəlməyi xahiş edib.
Havar Şəfiyeva





