ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni yardım paketi elan edir. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, ABŞ Lvovdan Avropa İttifaqı ilə sərhədə qədər 75 kilometrlik Euroqauge dəmir yolunun tikintisinə 225 milyon dollar ayıracaq. Pul ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Lvivi Aİ nəqliyyat sistemi ilə birləşdirəcək dəmir yolu xəttinin yaradılmasına yönəldiləcək. Qeyd olunur ki, gələcəkdə Ujqorod, Kovel, Çernivtsi, daha sonra isə Kiyevlə əlaqə qurmaq planlaşdırılır.
Havar Şəfiyeva






