Rusiya prezidenti Vladimir Putin ABŞ-ın uzun müddətdir ki, Ukrayna münaqişəsinə qarışdığını bildirib.
Elchi.az xəbər verir ki, bunu konfrans zamanı Vladimir Putin deyib və qeyd edib ki, Rusiyanın xalqı qorumaqdan başqa çarəsi yoxdur.
“İcazə verin, zarafat edim, bu problemə “daha geniş və lütfən” baxardım. Birləşmiş Ştatlar çoxdan bu məsələyə qarışıb. Hətta sovet dövründə də Ukrayna ilə bağlı institutlar işləyirdi. İncə sual”, – o deyib.
“Biz hamımız dözdük, dözdük, sülh sazişlərinə ümid etdik. ABŞ kimi bir ölkə uzun müddətdir ki, bunu edir. Bizim seçimimiz yox idi. Hadisələrin inkişafının məntiqi budur. Məqsədimiz insanları qorumaqdır” Putin vurğulayıb.
Şayəstə





