Qərb siyasətçiləri ABŞ və Avropanın dünyada dominant mövqeyi ilə bağlı dərin səhvə yol verirlər. Elchi.az xəbər verir ki, bu fikri alman jurnalist Volfqanq Munçau Britaniyanın “New Statesman” nəşri üçün yazdığı məqalədə qeyd edib.
Müəllif qeyd edib ki, Rusiya və Çin Qlobal Cənubda Qərbdən müttəfiqlərini əlindən alır. Xüsusilə, Pekin Çilidə əsas investora çevrilib. Bundan əlavə, Çin və Rusiya Afrikada son dərəcə aktivdirlər.
Jurnalist əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpində ABŞ və onun tərəfdaşlarına qarşı mübarizədə tərəfdaş görüb. Müəllifin fikrincə, Qərb diplomatiyası sanksiyalar siyasətinə görə iflasa uğrayıb. Munchau belə nəticəyə gəlib ki, Qərbin dünya iqtisadiyyatındakı payı azalır, lakin “azalmayan yeganə şey eqomuzdur – və hələ də dünyanı idarə edənlərin biz olduğumuzu hiss etməyimizdir”.
Bundan əvvəl Ukrayna Avropada müttəfiqini itirə biləcəyindən narahat olub. Hollandiya hökumətinin başçısı vəzifəsinə namizəd Geert Vilders, Macarıstanın lideri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko ilə birlikdə Avropa İttifaqının anti-Rusiya sanksiyalarına təsir etmək iqtidarındadır.
Havar Şəfiyeva






