ABŞ və Avropa bir sıra Azərbaycan məmurlarına sanksiya tətbiq edə bilər. Musavat.com xəbər verir ki, bu
barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, hazırda Almaniyada olan Fərrux Məmmədli özünün Facebook profilində yazıb. Avropanın məlumatlı mənbələri ilə yaxın münasibəti olan ekspert açıq şəkildə yazıb ki, Qərb Azərbaycan hakimiyyətinə zaman vermişdi və hazırda həmin zaman bitmək üzrədir. Bundan sonra bir sıra Azərbaycan məmurlarına sanksiya tətbiq olunacaq. F. Məmmədov iddia edir ki, onda bu məmurların ilkin siyahısı var.
barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, hazırda Almaniyada olan Fərrux Məmmədli özünün Facebook profilində yazıb. Avropanın məlumatlı mənbələri ilə yaxın münasibəti olan ekspert açıq şəkildə yazıb ki, Qərb Azərbaycan hakimiyyətinə zaman vermişdi və hazırda həmin zaman bitmək üzrədir. Bundan sonra bir sıra Azərbaycan məmurlarına sanksiya tətbiq olunacaq. F. Məmmədov iddia edir ki, onda bu məmurların ilkin siyahısı var.İctimai əhəmiyyətini nəzərə alaraq F. Məmmədovun statusunu təqdim edirik:
“ Azərbaycan hakimiyyətinə ölkədə demokratik qüvvələrə qarsı apardığı repressiyanı durdurmaq və qanunsuz həbs olunan hüquq müdafiəçilərini, eləcə də digər fəalları buraxmaq üçün vaxt verilib. Bu vaxt artıq tamamlanmaq üzrədir; lakin çox təəssüflər olsun ki, mövcud iqtidar hər hansı addim atmayıb. NATO Əməkdaşlıq İnstitutu olaraq qəbul olunacaq sanksiyalara düşən məmurlar barədə ilkin məlumat əldə etmişik. Əgər hakimiyyət özünü təcrid siyasətini davam etdirərsə, onda demokratik cəmiyyətin qurulması artıq yaxın zaman məsələsidir!”
Fərrux Məmmədov sanksiyaların nədən ibarət olduğu və digər ihmaların nədən qaynaqlandığı barədə ətraflı məlumat yazmayıb.
Musavat.com



