Bloomberg yazır ki, ABŞ və müttəfiq ölkələr Rusiyaya ixraca demək olar ki, tam qadağa qoymağı düşünürlər.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, “Böyük Yeddilik”ə üzv ölkələrin nümayəndələri bu ideyanı may ayında Yaponiyada keçirilməli olan G7 sammitindən əvvəl müzakirə edirlər. Ehtimal olunur ki, Avropa İttifaqının bütün dövlətləri bu ideyaya cəlb oluna bilsələr, qadağa qoya bilərlər.
Mənbələrin sözlərinə görə, sammitdə bu qərar təsdiq olunarsa, siyahıdan istisnalar barədə razılığa gəlmək lazım gələcək. Dərmanların, kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq məhsullarının sanksiyalardan azad olunacağı ehtimal edilir.
Agentlik vurğulayır ki, bu planların həyata keçirilməsində ciddi maneələr var. Çünki sanksiyaların qüvvəyə minməsi üçün bütün Aİ üzvləri tərəfindən təsdiqlənməlidir ki, bu da istər-istəməz qızğın müzakirələrə səbəb olacaq. Bəzi Avropa şirkətləri Rusiyaya ixracı davam etdirir və Moskva əks tədbirlərlə cavab verib.
Yeganə





