Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Moskvadakı səfiri Con Teftlə görüşüb.
APA xəbər verir ki, amerikalı diplomatın xahişi ilə baş tutan görüşdə Suriya böhranı və Qafqaz regionundakı vəziyyət müzakirə edilib.
Tərəflər, həmçinin, Ukraynanın cənub-şərqindəki münaqişə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, habelə beynəlxalq gündəlikdə duran digər aktual məsələlərə bağlı fikir mübadiləsi aparıblar.
.jpg)



