ABŞ vətəndaşları və onların ailə üzvləri HƏMAS-ın tələblərinə görə Misirə evakuasiya edə bilməyiblər. Elchi.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bir xarici rəsmiyə görə, ABŞ vətəndaşları və onların ailələri Qəzza zolağından Rəfah keçidi vasitəsilə tərk etməyə icazə verilən 500-ə yaxın xarici vətəndaşdan ibarət ilk qrup arasında deyil.
Daha əvvəl bildirilib ki, Misir sərhədçiləri Rəfah keçid məntəqəsində ruslar istisna olmaqla, Fələstin tərəfdən olan bütün əcnəbi vətəndaşları keçirməyə icazə verir. “İndi keçid məntəqəsində çoxlu rus var, amma ruslar üçün yaşıl dəhliz yoxdur. insanlar geri qayıtmayacaq, keçid məntəqəsində qalıb orada gecələyəcəklər. Qəzza zolağında yaşamaq mümkün deyil”, – “Moskovski Komsomolets”in həmsöhbəti vəziyyəti şərh edib. Onun sözlərinə görə, “BMT əməkdaşları, İordaniya, Moldova, Avstriya və Afrika ölkələrinin vətəndaşları” artıq keçid məntəqəsindən keçib, təxliyə siyahılarında Rusiya deyil, ABŞ, Avstriya və Moldova vətəndaşları var.
Havar Şəfiyeva






