ABŞ özəl hərbi şirkəti Vaqner-ə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrə məlum olduğu kimi, ABŞ Dövlət Departamenti iyunun 27-də Afrikadakı hərəkətləri ilə əlaqədar şirkətə qarşı növbəti sanksiyalar paketi tətbiq etmək istəyib. Lakin Rusiyadakı mövcud vəziyyət fonunda bu tədbirlərin qəbulunun təxirə salınması qərara alınıb.
Daha əvvəl Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, guya Rusiya hərbçiləri “Vaqner PMC”nin arxa düşərgələrinə hücum ediblər. Bundan sonra o, qruplaşma döyüşçülərinin yolunu kəsəcək hər kəsi güc tətbiq etməklə və məhv edəcəyi ilə hədələyib.
Havar Şəfiyeva





