ABŞ Yunanıstana “Meko” tipli döyüş gəmilərini satır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Yunanıstana potensial hərbi gəmilərin satışı və mövcud gəmilərin modernləşdirilməsi ilə bağlı sənəd ABŞ Konqresi tərəfindən təsdiqlənib. Sənəddə Yunanıstana 6,9 milyard dollar dəyərində 4 ədəd “Meko” tipli döyüş gəmisinin satışı və 2,5 milyard dollarlıq modernizasiya daxildir”, – məlumatda bildirilir.





