Amerika Birləşmiş Ştatlarının Yunanıstandakı hərbi fəaliyyəti qarşıdakı dövrdə daha da arta bilər.
Elchi.az xəbər verir ki, yunan mətbuatında əksini tapan məlumata görə, ölkədəki Amerika bazası qitələrarası hərbi qərargaha çevriləcək.
Həftəlik “To Vima” qəzetindəki xəbərdə Larissadakı Amerika bazasının Avropa-Afrika Hərbi Hava Qüvvələri Qərargahına çevriləcəyi iddia edilib.
Qəzetin yazdığına görə, Amerika administrasiyası Balkanlardan Yaxın Şərqə qədər geniş əraziyə nəzarət etmək istəyir.
Bu səbəbdən noyabr ayından ABŞ PUA-larının yerləşdirildiyi bazada tikinti işləri aparılır. Gələcəkdə bazaya döyüş təyyarələri və tanker təyyarələrinin yerləşdirilə biləcəyi iddia edilir.
ABŞ Müdafiə Nazirliyi Larissa bazası üçün 33 milyard dollar xərcləyib. Bazaya hissə-hissə gətirilən 8 PUA burada yığılıb.
Yeganə





