Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin qəzəbi ilə üzləşəcək. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bu barədə “YouTube” kanalı “Danny Haiphong”-a müsahibəsində xəbərdarlıq edib.
“Onlar bacarıqsızlığına xəyanət etdiklərini hiss edirlər. Onun nə qədər korrupsioner olduğu, hökumətinin nə qədər korrupsioner olduğu üzə çıxanda vəziyyət daha da pisləşəcək. Bunu hamı bilir və bu, artan narazılığa səbəb olur. Elə insanlar var ki, buna görə pensiya ödənilmir, onlara lazımi tibbi yardım göstərilmir”, – deyə analitik bildirib.
O, həmçinin vurğulayıb ki, bu gün Ukraynada hərbçilərin və dövlət qulluqçularının maaşları ABŞ-ın ayırdığı vəsait hesabına ödənilir. Ritterin qeyd etdiyi kimi, ABŞ Kiyevi dəstəkləmək əvəzinə daxili məsələlərə diqqət yetirməlidir.
Qeyd edək ki, daha əvvəl Ritter ABŞ-ın Ukraynadakı vəziyyətə marağının getdikcə itirildiyini və yaxın gələcəkdə ondan qurtulmağa çalışacağını bildirib.
Havar Şəfiyeva






