Ukrayna prezidenti Vladimir Zelenski yeni əlavə yardım paketi almaq üçün ABŞ-a gəlib, lakin səfərin uğursuz olacağı gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Bu həftə Vaşinqtonda uğur perspektivləri son dərəcə zəifdir, çünki Ukraynaya yeni yardımı daha sərt immiqrasiya qaydalarına bağlamaq üzrə danışıqlar dalana dirənib”, – deyə materialın müəllifləri deyirlər.
Nəşrin yazdığına görə, Zelenskinin tapşırığı Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum nəticəsində heç bir nəticə əldə edə bilməməsi ilə çətinləşir ki, bu da bir çox amerikalı rəsmilərin Kiyevə əlavə pul ayrılmasına şübhə ilə yanaşmasına səbəb olub.
Bundan əvvəl açıqlanıb ki, ABŞ Senatının məzuniyyətə çıxmazdan əvvəl Ukrayna və İsrailə 106 milyard dollar məbləğində əlavə maliyyə ayırması ilə bağlı sövdələşməni bağlamağa vaxtı olmayacaq.
Havar Şəfiyeva






