"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Abşeronda fəhlə ölümünə görə 3 nəfər həbs edildi

02 Avqust 2018 - 14:10
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir.

Elchi.az  xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, cari il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Sen İnşaat” MMC-də fəhlə işləyən Ağaməli Qurbanovun müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimatlandırılması vəzifələri qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulması nəticəsində fəhlə kimi işə qəbul olunmuş Ağaməli Qurbanova qanunsuz olaraq vəzifə təlimatlarında göstərilməyən metal kəsici və digər vəzifələrin icrası tapşırılıb.

İş üzrə direktor Emin Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis Paşa Rəhimov və sex rəisi Cavanşir Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin müəssisədə insan ölümü ilə nəticələnmiş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması yeganə hal olmayıb.

Belə ki, 6 iyun 2017-ci il tarixdə Ağsu rayon sakini Samir Hümmətov əmək müqaviləsi, eləcə də müvafiq əmrlə “Sen İnşaat” MMC-yə qablaşdırıcı-dəzgahçı peşəsinə təyin edilməsinə baxmayaraq, dəzgahçı peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair müvafiq təlimatlandırma keçmədən, iş səriştəsi yoxlanılmadan müəssisədə sex rəisi vəzifəsində işləmiş Sübhan Namazov tərəfindən həmin peşənin icrasına buraxılmış və nəticədə iş prosesi zamanı qadağan edilmiş zonaya keçib dəzgahın vallarından sürətlə çıxan qaynar polad məmulatın boğazına batması nəticəsində hadisə yerində ölüb.

Həmin faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb, Sübhan Namazov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Abşeron rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmü ilə barəsində müvafiq ittiham hökmü çıxarılıb.

İnsanların həyat və sağlamlıqlarının qorunması, gələcəkdə baş verə biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və təkrarlanmaması məqsədi ilə “Sen İnşaat” MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, metaləritmə işlərinin aparılmasına dair müvafiq icazənin verilib-verilməməsi, eləcə də baş vermiş hadisənin səbəblərinin mütəxəsisslər tərəfindən araşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İcra başçısı: “Ağsu dolaylarında baş verən yanğın söndürülmək üzrədir”

Next Post

Qüdrət Həsənquliyev: “Özgə qapılarında sülənirlər…”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Qüdrət Həsənquliyev: “Özgə qapılarında sülənirlər…”

Qüdrət Həsənquliyev: “Özgə qapılarında sülənirlər...”

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.