
Elchi.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
İki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri – Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri – İlqar Dadaşov, Cəsur Səbzəliyev, Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.
Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.



