
Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın faktı qeydə alınıb.
Elchi.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb. Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 6:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Elchi.az



