"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ad günü, qəbristanlıq və bir-birinə sarmaşan gənclər…

30 İyun 2015 - 11:54
in KÖŞƏ YAZILARI

ффыфыфыыыыыфыBabək GÖYÜŞ

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Dünən doğum günüm idi, heç sevinmədim. Yəqin, sevinən təkcə anam oldu. O da dünyaya oğlan payı gətirdiyinə görə.

Şamaxının Mədrəsə kəndindən zəng etmişdi. Dedi ki, həftəsonu gəlin, Ağsu aşırımında ad günü keçirək. Çox zaman ad günüm elə orda keçirilib. O vaxtlar atam da sağ idi. Bilməyənlər üçün deyim ki, atamla eyni gündə anadan olmuşam. Əvvəllər onun xətrinə mənim ad günüm təmtəraqlı olurdu. İndi isə olmur, çünki 8 ildir ki, atam ölüb və Sumqayıt qəbiristanlığında uyuyur. Daha Şamaxı yollarına heç vaxt ayağı dəyməyəcək.

Dünən işdən çıxandan sonra gedib onun ad gününü təbrik etdim, başdaşından öpdüm, sinə daşına gül qoydum, sakitcə bir-birimizə baxıb söhbət etdik. Atamın ölüm günü də 29-dur, ayı isə fərqlidir…

Qəbiristanlıqdan qayıdanda istədim ki, Rasim Ocaqovun lentə aldığı “Ad günü” filmindəki kimi balkondan kimisə evə dəvət edəm, Qazaxıstandan gətirdiyim konyakı qoyam masanın üstünə, vuraq onunla. Heç adını da soruşmayım, nəyimə lazımdır onun adı, heç sözünə də qulaq asmayım. Əsas odur ki, stəkanları döyüşdürməyə bir adam olsun. Sonra da səntərləyə-səntərləyə çıxaq balkona və baxaq Xəzər dənizinə və ona yağlı bir söyüş söyək. Təbii ki, o, abrına söykənib, bizə cavab verməyəcək, çünki içib ona söyənlər təkcə biz deyilik. Bir sözlə, Xəzər dənizi bu söyüşlərə çox öyrəncəlidir. Sonra da düşüb gedək, Hüseyn Cavid parkına, stəkan “dostumu” kütlənin içində qəsdən itirəm, sonra əsil dostlarıma zəng edəm ki, Yaşıl kafedə gilas mürəbbəsiylə çaylanmaq vaxtıdı…

Bütün bunlardan isə ataların xəbəri olmur. Gəlin etiraf edək ki, övladlarının doğum gününə görə atalar analardan az sevinmir. Atam sağ olanda hər an bunu duyurdum, elə adi günlərdə də o, oğulları ilə öyünürdü.

Atalar çox zaman “etdiklərini” edib döyüşə gedirlər, qayıdanda isə ilk qarşılarına çıxan “günahları” olur. Onların özləri də nə vaxtsa, öz atalarının “günahı” olub, bacadan torbayla içəri düşməyiblər – lap nağıllardakı kimi. Adəmdən bu günədək hələ heç bir “ata” öz “günahını” boynuna almayıb. “Təbiətin qanunudur!”- deyib baş “aldadıblar”. Təbiət isə Tanrının hökmündən qorxaraq bu “işin” altına girə bilmir. Onun girdiyi kol-kos və qarağat meşələridir.

Anam dağılmış kəndimizdə ən çox qarağat yığan “ana”, atam isə ən dambat “ata” olub. İndi atam nə dambatlanmağı, nə də sevinməyi bacarır, onun sevinc kartının konturu qurtarıb. Anamın da qarağat yığmaq limiti bitib. Birincisi, yaş o yaş deyil, ikincisi də qarağat meşələri sərhədimizdən o yanda qalıb. Oralara gedib çıxmaq üçün gərək ATƏT-in kabab “yeyənləri” torpağımızı bizə qaytarsın…

Anamın dediyinə görə, günün günorta çağı dünyaya gəlmişəm, evimizin içində. Çöldə buzovlarımız dünyaya gəlib. Göbəyimi də qonşu arvadlardan biri kəsib. Buzovlarımızın göbəyini isə atam “düyünləyib”.

Mən anadan olanda atam “4 yalda” daş çıxarırmış. Ev tikmək üçün. Kəndimizdə uşağı olan atalar yaxşı muştuluq verirmiş. Atamın dayısı oğlu Qurban da “4 yala” muştuluğa gedəndə atamdan Sovetin qırmızı 25-liyini alıb…

…Bu gün iyun ayının 30-da İlhamla Fərizənin toylarının ildönümüdür. Müasir Bakı gənclərinin isə sevgililər günü. İlhamla Fərizə indi haqq dünyalarındadır, Milli Parkda isə sevənlər bu günün “adından” sui-istifadə edərək bir-birinə sarmaşırlar, üzüm budaqları kimi. Polislərin gözündən uzaq.

Polislər I Avropa Oyunları zamanı çox yorulub, dincəlirlər. Milli Parkda bir-birinə sarmaşan gənclərə fikir verməyə heyləri yoxdur…

Milli Parkımız Naxçıvanski adına Hərbi Məktəbə qədər uzadılacaq. Bax, onda polislərin işi zor olacaq. Sevişənləri tutmaq üçün onlar bellərinə gərək, radar quraşdırsınlar, yoxsa 25 kilometrlik bir ərazidə hər oturacağı “izləmək” müşkül məsələdir…

Ad günü söhbətinin sonunu sevgililər günü ilə bitirdik. Çünki hər şeyin əvvəli də, axırı da sevgidir…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyaya növbəti ağır zərbə

Next Post

Təyyarə təcili eniş etdi, 6 nəfər yaralandı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Təyyarə təcili eniş etdi, 6 nəfər yaralandı

Səhiyyə Nazirliyinə məktub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.