Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov
yeni vəzifəyə təyin olunub.
yeni vəzifəyə təyin olunub.APA-nın xəbərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Adil Qəribov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
A.Qəribov APA-ya açıqlamasında bildirib ki, bundan sonra əsas iş yeri olaraq Milli Nüvə Tədqiqatları Mərkəzində sədr vəzifəsini icra edəcək. O, ictimai əsaslarla AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru kimi də fəaliyyətini davam etdirəcək.



