"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Adlarından əmlakları çıxarırlar ki… – Aynur Camalqızı

08 Dekabr 2016 - 15:51
in XƏBƏR LENTİ

Kişilər ayrıldıqdan sonra keçmiş həyat yoldaşlarını və uşaqlarını küçədə qoyur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bu sözləri Şərq.az-a Milli Məclisin deputatı Jalə Əliyevanın qadın sığınacaqlarının yaradılması barədə təklifinə münasibət bildirən “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri, Qadın Konsensus Mərkəzi İctimai Birliyinin sədri Aynur Camalqızı söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın zorakılığı dəhşətli səviyyədə olmasa da, xanım deputatın bu fikri dəstəklənməli və daha səmərəli addımlar atılmalıdır:

“Araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, bu problem hələ də qalmaqdadır. Ötən günlərdə Qəbələdə 3 uşaq anasının qətlə yetirilməsi faktı da mediada bu fonda yayıldı. Belə mənfi halları nəzərə alıb, dövlət tərəfindən qadınlara dəstəyin artırılması çox yaxşı olardı. İlk növbədə bölgələrdə problemin həlli üçün ölçü götürülməlidir. Çünki bölgələrdə bu hadisələr tez-tez baş verir. Qızların erkən yaşda ərə verilməsi və ya qaçırılma faktları müvafiq icra strukturlarının gözü qarşısında baş verir. Əksər vaxtlar bunu mentalitetlə əlaqələndirib, göz yumurlar. Ona görə də bu sahədəki qanunları sərtləşdirmək lazımdır”.

A.Camalqızı bildirib ki, qadınlar boşandıqdan sonra övladları ilə birlikdə küçədə qalır:

“Qadın ailə qurur, bir neçə övlad sahibi olur, ayrıldıqda isə sığınacaqsız qalır. Qanunvericiliyə əsasən, evlilik müddətində ortaq əmlak alınmayıbsa, boşanma baş verdikdə kişi rahat şəkildə o qadını küçədə qoya bilir. Həmin qadını valideynləri qəbul etmirsə və özünün təhsili, işi yoxdursa, artıq onun üçün yol qalmır. Müəyyən olunan alimentin məbləği də uşağın gündəlik tələbatı üçün kifayət etmir. 109 manat aylıq aliment ayrılır və bu, Azərbaycan reallığında çox az məbləğdir. Bu səbəbdən qanunvericilikdəki normalara yenidən baxmaq və qadınlara daha üstün hüquqlar tanımaq lazımdır. Müəyyən olunmuş qanunlardan sui-istifadə halları kifayət qədər çoxdur. Məsələn, ailə qurmazdan öncə kişinin adına olan əmlakları çıxarıb, valideynlərin və ya qohumların adına keçirirlər. Nikah müddətində isə əmlak alınmır ki, boşanma zamanı bölünmək üçün heç nə olmasın. Bu cür məsələlərlə üzləşməmək üçün yaxşısı budur ki, evləndikdə əmlak müqaviləsi imzalansın. Bütün bunları nəzərə alaraq, J.Əliyevanın təklifinə laqeyd yanaşılmayacağına və dövlətin bu sahədə tədbirləri artıracağına ümid edirəm”.

Qeyd edək ki, Milli Məclisidə 2017-ci ilin büdcə müzakirələri zamanı xanım deputat Jalə Əliyeva zorakılığa məruz qalan qadınlar üçün sığınacaqların yaradılmasını təklif edib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AZAL qiymətləri qaldırmayacaq

Next Post

Azercell gənclərə dəstəyini davam etdirir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azercell gənclərə dəstəyini davam etdirir

Bakı NATO ilə əməkdaşlığa maraqlıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.