"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Admiral rütbəsi alan Bəkirov – Dosye

04 Noyabr 2022 - 15:56
in GÜNDƏM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali rütbəsinin verilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, Sübhan Kamal oğlu Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-1984-cü illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi – zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi (“N” saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.
2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini – Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli sərəncamına əsasən Sübhan Bəkirov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Prezidentin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən isə Sübhan Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. Eyni il iyunun 25-də İlham Əliyevin sərəncamına əsasən “kontr-admiral” ali hərbi rütbəsi verilib.
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Əsədov Fuad Oqtayla görüşdü

Next Post

ABŞ, Almaniya, Britaniya və Fransa XİN başçıları görüşüb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
ABŞ, Almaniya, Britaniya və Fransa XİN başçıları görüşüb

ABŞ, Almaniya, Britaniya və Fransa XİN başçıları görüşüb

Qoruyucu ailəyə verilən müsəlman uşaq 13 il zorlandı…

Qoruyucu ailəyə verilən müsəlman uşaq 13 il zorlandı…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.