Yunanıstanın paytaxtı Afinanın mərkəzində yerləşən kitab dükanlarından birində bomba partlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yunanıstan mətbuatı yayıb.
Partlayış nəticəsində heç kim xəsarət almayıb. İlkin ehtimallara görə partlayışı anarxist qruplar törədiblər.




