Nigerin hərbi təyinatlı baş naziri Əli Mahaman Lamin Zein Afrika ölkəsinə silahlı basqın ehtimalını etiraf edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə baş verə bilər. Amma unutmayın ki, bizim terrorçulardan güclü ordumuz var”, – deyə siyasətçi bildirib.
Zane vurğulayıb ki, bu və ya digər dövlətin hücumu zamanı Niger özünü müdafiə edəcək.
Bundan əvvəl Niger hərbi hökuməti Avropa İttifaqı ilə hərbi tərəfdaşlıq sazişini vaxtından əvvəl ləğv edib. səlahiyyətlilər Niameydə icma missiyasını yerləşdirmək icazəsini geri götürüblər.
Havar Şəfiyeva






