
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.
Onun sözlərinə görə, Suriyanın Afrin bölgəsində 615 kv km ərazi, 94 yaşayış məntəqəsi və 28 strateji yüksəklik terrorçulardan təmizlənib: “Ümumilikdə 157 şəhidmiz var. Əməliyyat başladığı gündən indiyədək 2295 terrorçu məhv edilib”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb.




