Ağ Ev ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Briqettinin Rusiyaya hərbi təchizatla bağlı sözlərinə görə qəzəblənib. Elchi.az bu barədə “Politico”ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Pretoriya gəmi ilə Moskvaya silah göndərib. Üstəlik, bunu təsdiqləmək üçün o, həyatını təhlükəyə atdığını bəyan edib. Bundan əlavə, Brigeti əlavə etdi ki, Cənubi Afrika hədsiz anti-amerikanizmlə məşğuldur.
Cavab olaraq Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, Birləşmiş Ştatlar gəmidən narahatdır, lakin onun ölkə ilə münasibətlərinə dəyər verir və səfirin şərhlərini birbaşa müzakirə etməkdən imtina edir.
Havar Şəfiyeva






