Amerika kəşfiyyat orqanları Ağ Evdə kokain aşkarlanması ilə bağlı araşdırma çərçivəsində günahkarı tapmayıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Grin öz “Tvitter” hesabında məlumat verib.
Taylor-Green həmçinin qeyd edib ki, Məxfi Xidmətdə Ağ Evə kimin narkotik keçirdiyini tapmaq üçün bütün vasitələr, o cümlədən təhlükəsizlik kameraları və barmaq izləri var.
Qeyd edək ki, Ağ Evin kitabxanasında ağ toz halında maddənin tapılması faktını daha əvvəl “The Guardian” nəşri yazıb. Daha sonra analizlər nəticəsində bunun kokain olduğu üzə çıxıb.
Havar Şəfiyeva





