ABŞ Məxfi Xidməti Ağ Evdə tapılan kokainə görə dindiriləcək. Elchi.az RİA Novostiyə istinadən yazır ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green danışıb.
Onun sözlərinə görə, ekspertlər prezident Co Baydenin qəbul etdiyi dərmanların siyahısını da yoxlayacaqlar.
Qeyd edək ki, bundan əvvəl “The Guardian” qəzeti Ağ Evin kitabxanasında ağ toz halında maddənin tapıldığını və analizlər nəticəsində onun kokain olduğu üzə çıxdığını bildirib. Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi bildirib ki, artıq maddənin binaya daxil olmasının səbəbləri və vasitələri ilə bağlı araşdırma aparılır.
Havar Şəfiyeva






