ABŞ Kremlə PUA hücumunda iştirak etmir.
Elchi.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi MSNBC telekanalının efirində deyib.
O, Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Kremin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...





