ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Entoni Albaneseni Ağ Evdə təşkil edilən rəsmi mərasimlə qarşılayıb. Qarşılama zamanı Ağ Evin damındakı şəkil diqqət çəkib.
Elchi.az xəbər verir ki, gizli təhlükəsizlik qrupları ətrafda tədbir görərkən, quraşdırılan hava hücumundan müdafiə sistemi də diqqət çəkib.
ABŞ prezidenti Co Bayden ötən gün iqtisadiyyatla bağlı mətbuat konfransını yarımçıq kəsərək, “Mən vəziyyət otağına getməliyəm” deyib və zalı tərk edib.

Baydenin Suriyadakı ABŞ bazalarının hədəfə alınması səbəbindən görüşü yarımçıq dayandırdığı iddia edilib.
Qısa müddət sonra Ağ Ev Baydenin İsrail-Həmas münaqişəsi ilə bağlı məlumat almaq üçün vəziyyət otağına getdiyini açıqladı.
Şayəstə Hüseynova






