Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ prezidenti Co Baydenin oğlu Hunterin Ovasco “PC” şirkətindən pul alıb-almaması ilə bağlı sualdan sonra mətbuat brifinqini bitirib. Elchi.az xəbər verir ki, bu barədə “Daily Caller” yazır.
Dekabrın 4-də keçirilən brifinq zamanı “Real Clear Politics” müxbiri Phil Vegmann Jean-Pierre-dən prezidentin pulu qəbul edib-etmədiyini soruşub və əgər onlar birlikdə iş görmürlərsə, niyə belə bir razılaşma əldə edildiyini xəbər alıb.
Cavabında Jan-Pier hesabatı görmədiyini bildirib və jurnalisti Ağ Evin məsləhətçisinin ofisinə yönləndirib, bundan sonra o, kürsü tərk edib.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsi bəyan edib ki, Amerika prezidenti Co Bayden oğlu Hunterin şirkətindən aylıq məbləğdə pul alıb. Ekspertlər iddia edirlər ki, “Ovasco PC” öz növbəsində Çin dövləti ilə əlaqəli şirkətlərdən, digər xarici şəxslərdən və firmalardan vəsait alıb.
Sentyabrın sonunda məlum olub ki, ABŞ-ın hazırkı prezidentinin kiçik qardaşları olan iş adamları Frensis və Ceyms Bayden ailənin siyasi nüfuzundan biznes məqsədləri üçün istifadə ediblər.
Həmçinin bu ilin sentyabrında, prezidentin oğlu Hunter Baydenin planın işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etdiyi və 2014 və 2015-ci illərdə Ukraynanın qaz hasilatı şirkəti Bursima ilə bağlı işin bağlanması üçün atasını cəlb etdiyi bildirilir.
Havar Şəfiyeva






