ABŞ rəsmiləri münaqişə bitdikdən sonra Qəzza zolağına nəzarəti yenilənmiş Fələstin Milli Administrasiyasına ötürmək üçün strategiya hazırlayıb. Elchi.az xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən “Politico” məlumat yayıb.
Qəzetin mənbələrinə görə, oktyabrın ortalarından ABŞ Dövlət Departamentinin rəsmiləri, Ağ Ev və maraqlı ölkələrin nümayəndələri çoxsaylı sənədlərdə və idarələrarası görüşlərdə strategiyanın bəzi hissələrini açıqlayıblar.
ABŞ Dövlət Departamentinin sözçüsü deyib: “”PNA”-nın Qəzza zolağında liderlik rolunu oynamasına güclü siyasi üstünlük verilir, lakin onun ciddi legitimlik və potensial problemləri var”.
Planın əsas hissələrinə Dövlət Departamentinin Beynəlxalq Əlaqələr Bürosunun “PNA”-ya təklif etdiyi təhlükəsizliklə bağlı yardımın artırılması daxildir. Amerika rəsmiləri vurğulayıblar ki, irəli sürülən ideyalar yeni yaranır və bir çox gözlənilməz amillərdən asılıdır.
Havar Şəfiyeva






