"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ağ Evin yeni strategiyasında iki hədəf var

24 Oktyabr 2022 - 13:03
in DÜNYA


Ağ Evin yeni milli təhlükəsizlik strategiyası ABŞ-ın iki əsas hədəfini göstərib: Rusiya və Çin. 48 səhifəlik sənəd Amerika dministrasiyası üçün “yol xəritəsi” mahiyyəti daşıyır. Bu sənəddə Rusiya imperiya ambisiyaları olan ölkə kimi, Çin sürətlə imkanlarını artıran dövlət kimi dəyərləndirilib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sənədin mahiyyəti ilə bağlı şəxsi Feysbuk hesabında maraqlı detalları açıqlayıb. Elchi.az politoloqun yazısını təqdim edir:

“Sənədin mahiyyəti belədir ki, Amerika Birləşmiş Ştatları qlobal maraqları olan dünya dövləti kimi qiymətləndirilib: “Əgər hansısa bölgə xaosa sürüklənərsə və düşmən güclərin nəzarətinə keçərsə bu ABŞ-ın maraqlarına mənfi təsir edəcək”. “Düşmən güclər” dedikdə Rusiya və Çin nəzərdə tutulub. Rusiya və Çin demokratikləşə bilmədiklərinə və qonşu dövlətlərə təhlükə yaratdıqlarına görə ABŞ bu iki dövlətlə mübarizəsini davam etdirəcək. Maraqlıdır ki, sənəddə Rusiya 71 dəfə, Çin isə 55 dəfə xatırlanır. Sənəddə bir çox hallarda bu iki dövlətin ismi birgə yazılıb. Sənəddə Rusiyanın azad dünyaya ciddi təhdid yaratdığı, Çinin isə uzaq perspektivə problemlər yaradacağı vurğulanıb: “Çin iqtisadi, hərbi və texnoloji gücü hesabına dünya düzənini dəyişə biləcəyindən əsas rəqibdir”. Sənəddə Rusiyanın dayandırılması, Çinlə isə rəqabətdə məğlub edilməsin vacibliyi göstərilib”.

E.Şahinoğlu qeyd edib ki, ABŞ Rusiya və Çinlə mübarizədə Avropa İttifaqı ilə NATO-nu da yanında görmək istəyir:

“Ancaq bu hər zaman alımır. Avropa ölkələrindən Çinin yatırımlarına ehtiyac olan dövlətlər var, NATO üzvləri Türkiyə və Macarıstan isə Rusiya ilə əməkdaşlıqdan imtina etmirlər.
Milli təhlükəsizlik strategiyasında ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi bildirilib: “Ukrayna iqtisadiyyatının bərpasına və Avropa İttifaqı ilə inteqrasiyasına dəstək verəcəyik”. Aydındır ki, yeni strategiyaya görə ABŞ Rusiyanın Ukraynada məğlub olmasına çalışacaq.
Beləliklə, Vaşinqton Rusiya və Çinin müxtəlif bölgələrdə maraqları ilə mübarizəsini davam etdirəcək. Vaşinqtonun Cənubi Qafqazda da fəallığı artıb. Vaşinqton Rusiyanın Cənubi Qafqazadakı təsir imkanlarını azaltmağa çalışır. ABŞ bu məqsədlə Cənubi Qafqazın 3 dövlət – Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrini genişləndirməyə çalışır. Bu 3 dövlətdən Ermənistan daha çox Rusiyadan asılıdır. Vaşinqton bu vəziyyəti dəyişmək üçün Ermənistan hökuməti ilə dialoqu genişləndirib. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Qaribaşvili ilə təkbətək görüşdü

Next Post

Bu layihəni “cəbhə”yə çevirməyə çalışırlar – Deputat

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
“Hər sözü dərin analizlərdən keçən sənəd özünü doğrulda bildi” – Zahid Oruc

Bu layihəni "cəbhə"yə çevirməyə çalışırlar - Deputat

Yük maşınlarının Bakıya girişi məhdudlaşdırılır

Yük maşınlarının Bakıya girişi məhdudlaşdırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.