"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ağdam yaxın müddətdə elektrik enejisi ilə təmin ediləcək

02 Noyabr 2021 - 10:07
in CƏMİYYƏT

İşğaldan azad edilən Ağdam rayonunda yaxın müddətdə öz işığımız yanacaq. Belə ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Azerenerji” QSC-dən verilən məlumata görə, digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. Respublika Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir: “Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdama şəhərinə 27 ildən sonra işıq çəkə bildik”.

Məlumata görə, “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. “Azərenerji”nin Qarabağ Regional Şəbəkəsinin rəisi Mircəlal Hüseynov isə bildirir ki, yarımstansiyalarda quraşdırılan avadanlıqların hamısı müasir standartlara cavab verir: “Hamısı mikroprosessor tipli avadanlıqlardır. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunacaq”.

Qeyd edək ki, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. Bununla da nəinki, Ağdamdakı xüsusi təyinatlı obyektlərin, yarımstansiyaların, eləcə də burada tikilən “Azərenerji”nin Qarabağın Regional Avtomatik İdarəetmə Mərkəzinin yeni nəsil texnologiyalar əsasında fəaliyyət göstərməsi üçün sürətli internet şəbəkəsi ilə təminatı həyata keçiriləcək. “Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə nəinki Ağdamda, bütövlükdə Qarabağda tikilən bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin idarəetməsini təşkil edəcək Avtomatik İdarəetmə Mərkəzi tikilir. “Burda yeni nəsil müasir texnologiyalardan istifadə olunub rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə açılıb, qoşulma əməliyyatları da daxil olmaqla bütün lazımi tədbirlərin hamısı avtomatik şəraitdə həyata keçiriləcək.”

“Ağdam-1” yarımstansiyasının ərazisində Avtomatik İdarəetmə Mərkəzi ilə yanaşı “Azərenerji”nin Qarabağın regional xüsusi təyinatlı maşın-mexanizmlərinin nəqliyyat sahəsi, texnika və avadanlıqlarının təmir sahələri də tikilir və bütün işlər yaxın müddətdə yekunlaşdırılacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yer kürəsində sutka ərzində meşələrin sahəsi 27 futbol meydançası həcmində azalır

Next Post

Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.