Ağdamda çoban minaya düşüb.
Elchi.az -ın xəbərinə görə, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib. Belə ki, rayon sakini Bəxtiyarov Rəşad Murtuza oğlu qoyunları otararkən minaya düşüb.
Yaralanan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.




