Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam Rayon Prokurorluğundan Elchi.az -a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib.
Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
17:08
Ağdam sakini minaya düşüb.
Elchi.az -nın məlumatına görə, Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğlu qoyun otaran zaman mina partlayıb.
Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.





