Ağdam rayonunun Sarıcalı kəndində sobaya yıxılaraq ağır yanıq xəsarətləri alan gənc ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu gecə saatlarında Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda keçinib.
***
23 mart saat 23.04
Hadisə Ağdam rayonunun Sarıcalı kəndində baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu yaşadığı evdə sobaya yıxılaraq yanıb. O, ağır yanıq xəsarətləri aldığı üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.






