Belarus DTK Polşa, Çexiya və Baltikyanı ölkələrdə silahlılar üçün təlim düşərgələri elan edib.
Elchi.az xəbər verir ki, Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) regionda ciddi eskalasiya gözləyir. Bu bəyanatla respublika DTK-nın sədri İvan Tertel bildirib ki, departament Polşa, Çexiya və Baltikyanı ölkələrdə yaraqlıların hazırlanması üçün düşərgələr qurur, həmçinin bu ilin yazında ölkədə terror fəaliyyətinin intensivləşəcəyini proqnozlaşdırır.
“Polşa, Ukrayna, Litva, Latviya, Çexiya ərazisində silahlıların təlimi üçün düşərgələr var. Biz bunu edən konkret işə götürmə mərkəzlərini tanıyırıq”, – DTK sədri bildirib.
Tertel silahlıların vəzifəsini silahlı qiyamın köməyi ilə hakimiyyəti devirmək, həmçinin terror aktları törətmək adlandırıb və qeyd edib ki, regionda ciddi eskalasiya gözlənilməlidir və bu ilin yazından bu qüvvələr Belarus ərazisində terror fəaliyyətini gücləndirmək niyyətindədirlər.
Xatırladaq ki, bir qədər əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko demişdi ki, Qərb respublikanı məhv etmək üçün ərazisinə soxulmaq niyyətindədir. Onun sözlərinə görə, Qərb ölkələri qaçaq belaruslardan yaraqlılar hazırlayır.
Şayəstə





