"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AHİK ölkə Prezidentinin çağırışını daim diqqət mərkəzində saxlayır

16 Sentyabr 2020 - 12:53
in MANŞET, SİYASƏT

Son günlər sosial mediada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə bağlı həqiqətə uyğun olmayan, heç bir fakta əsaslanmayan, qərəzli, böhtan xarakterli məlumatlar yayılır. Əslində isə ucuz sensasiya xatirinə yayılan, mənbəyi şübhə doğuran böhtan xarakterli,qərəzli belə informasiyalar həqiqətdən uzaqdır, heç bir reallığı əks etdirmir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xatırladım ki, Səttar Möhbalıyevin rəhbərlik etdiyi AHİK əvvəlki dövrlərdə olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə aparılan indiki çətin, məsuliyyətli günlərdə də ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini, önəmli təşəbbüslərini dəstəkləyib.
Konfederasiyanın Azərbaycan Prezidentinin “Pandemiya dövründə əsas məqsəd insanları xəstəlikdən qorumaqdır” prinsipinə prioritet vəzifə kimi yanaşaraq, daim xalqın, eləcə də hər bir həmkarlar ittifaqı üzvünün yanında olub, aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanları səfərbər edib. Hər bir həmkarlar ittifaqı təşkilatı, həmkarlar ittifaqı orqanlarının rəhbərləri dövlətimizin başçısının qərarlarının yerinə yetirilməsinə töhfəsini verməyə çalışıb, pandemiya şəraitində karantin məhdudiyyətlərinə hər bir şəxs tərəfindən əməl edilməsi üçün tədbirlər həyata keçirib, aztəminatlı ailələrə, yaşlı insanlara maddi yardımların göstərilməsini diqqət mərkəzində saxlayıblar.
Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə böyük həcmdə maddi dəstək göstərib. Son vaxtlar yalnız AHİK tərəfindən 1200 nəfərdən çox həmkarlar ittifaqı üzvünə ümumilikdə 303 min manatdan çox maddi yardım edilib. Bütün bunlarla bərabər, 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının himayəyə götürülüb və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınıb. 
AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29 min 588 aztəminatlı ailəyə 1 milyon 305 min 748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatı paylamışlar. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1 milyon 959 min 881 manat məbləğində maddi yardım göstərilib, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min manatlıq qoruyucu vasitələr paylanılıb. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302 min 979 manat maddi yardım göstərilib. 
Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4 milyin manatdan çox vəsait xərclənib. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.
Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürüb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlayıb. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülüb. Bu il iyulun 27-də isə “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait ayrılıb. Eyni zamanda, COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat köçürülüb. 
Etiraf edim ki, cənab Prezidenti tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl edilərək, insan amilinə dəyər verilməsinin nəticəsidir ki, hazırda həmkarlar ittifaqları qədər insanlara yaxın olan ikinci bir ictimai təşkilat, qurum yoxdur. Təkcə bu ilin ötən ayları ərzində həyata keçirilən tədbirlər (müalicə və istirahətlə əlaqədar verilən yollayışlar, şəhid ailələri, müharibə veteranları, əlillər, imkansız ailələrə edilən maddi yardımlar, təhsil haqlarının ödənilməsi ilə bağlı köməkliklər və s. ) bu qurumun gördüyü işin miqyası haqqında aydın təsəvvür yaradır. 
Burada bir məqamı da qeyd etmək yerinə düşərdi. Bu da AHİK-ə dövlətimizin başçısının göstərdiyi qayğı ilə bağlıdır. Yeri gəlmişkən, bəlkə də “insan mənafeyinin müdafiəçisi” adlandırılan həmkarlar ittifaqı orqanlarına ölkə rəhbərinin yetirdiyi diqqət heç bir ölkədə yoxdur. Bunu vurğulayarkən, həmkarlar ittifaqlarının ölkədə insan amilinə yönələn qanunların qəbul olunmasındakı fəal iştirakının təmin olunmasına şərait yaradılması məqamını da unutmamalıyıq. 
AHİK rəhbərliyi pandemiya şəraitində işçilərin ixtisarına, işdən azad edilməmələri, onların əmək hüquqlarının qorunması barəsində Azərbaycan Prezidentinin çağırışına qoşularaq bu məsələni hər zaman diqqət mərkəzində saxlayıb. COVİD-19-un məşğulluğa mənfi təsirinin azaldılması məqsədilə müvafiq strukturlara tövsiyələrini verib, eyni zamanda, bu istiqamətdə bir sıra layihələr gerçəkləşdirib. Başqa sözlə, COVİD-lə mübarizə dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan qrupun işəgötürənlərə ünvanladığı bildiriş bütün üzv təşkilatlara göndərilib. 
Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqları pandemiya ilə mübarizəyə yaxından qoşulub və bu, hazırda da davam etdirilir. Bu gün koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanları səfərbər edərək müəyyən addımlar atırlar. 
Yeri gəlmişkən, AHİK beynəlxalq təşkilatların, o cümlədən Pan Avropa Regional Şurasının və Beynəlxalq Əmək Təşkilatının üzv ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə reallaşdırdığı tədbirlər barədə iştirakçılara geniş məlumat verib. Hər iki beynəlxalq təşkilat bu sahədə respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. 
AHİK öz fəaliyyətində təhsilə də daim qayğı göstərir. Bu isə ölkə rəhbərinin təhsilin inkişafına verdiyi önəmdən, bu sahəyə xüsusi diqqətindən irəli gəlir. Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, inkişafı təmin edən dövlət proqramlarının icrası uğurla reallaşdırılır. 
Həmkarlar ittifaqları, həmçinin mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görür, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış edir. 
AHİK hazırda da öz işini Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında qurur, işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti daha da artırır, ölkə Prezidenti cənab İlham Əliyevin “yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyətdən xilas etməkdir” çağırışını daim diqqət mərkəzində saxlayır.
Sonda qeyd etmək istərdim ki, üzvü olduğum Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsi 40 ilk həmkarlar təşkilatını birləşdirir, 3990 üzvü var.
COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə dövlətimizin başçısının verdiyi səmərəli qərarları əsas tutan təşkilat rəhbərliyi vətəndaşların sağlamlığının və rifahının qorunmasına xüsusi diqqət yetirib. Komitə tərəfindən bu dövrdə “evdə qal, təhsildən qalma” prinsipini əsas tutaraq təhsil sahəsində işləyən üzvlərin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ötən müddətdə 625 üzvə maddi yardım edilib, 60-65 yaşlı şəxslərin sosial durumuna həssaslıqla yanaşılıb. Həmkarlar təşkilatlarının üzvləri olan gənc təhsil işçilərinə, habelə Qarabağ döyüşlərinin iştirakçılarına maddi kömək göstərilib.
Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə verdiyi müdrik qərarların sayəsində reallaşıb. Dövlətimizin başçısının bu ağır dövrdə aztəminatlı ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi istiqamətində atdığı addımlar, təhsil sisteminin yeniləşməsi, xüsusilə məktəb tikintisinin davam etdirilməsi, müəllimlərin sosial qayğılarının diqqət mərkəzində saxlanılması xalqımız tərəfindən rəğbətlə qarşılanıb.

İbrahim SƏFƏROV,
Xəzər rayon təhsil işçisi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kürdəmirdə qadını öldürərək yandıran şəxs 2 ildən sonra tapıldı

Next Post

Həkimlərə daha 20 milyon manat ödəniş edildi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Həkimlərə daha 20 milyon manat ödəniş edildi

Həkimlərə daha 20 milyon manat ödəniş edildi

Parlamentin İntizam komissiyasının iclasları ayda ən azı 2 dəfə keçiriləcək

Parlamentin İntizam komissiyasının iclasları ayda ən azı 2 dəfə keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.