"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aİ Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib

04 May 2023 - 20:16
in SİYASƏT

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu məsələ mayın 3-də Brüsseldə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında müzakirə edilib.

İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib.

Bildirilib ki, görüş iştirakçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələləri və regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər.

Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub.

“Aİ Azərbaycanla xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış hazırkı çətin beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və sabitlik naminə işləməyə hazır olduğunu təsdiqləyib. Aİ sabit və dinc Cənubi Qafqazın dəstəklənməsinə töhfə vermək məqsədini rəhbər tutur. Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməkdir. Aİ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yardımı ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla, sülh prosesini dəstəkləməyə hazırdır”, – E.Mora bildirib.

Hikmət Hacıyev Azərbaycanın Aİ-nin regionda etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Üstəlik, Azərbaycan regionda sülh və sabitliyi fəal şəkildə təşviq edir, terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə dəstək göstərir”.

O xatırladıb ki, hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş miqyasda yenidənqurma və humanitar minatəmizləmə işləri aparır: “Biz minatəmizləmə sahəsində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan Ermənistana ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüslərini, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin köməyi ilə Brüssel sülh prosesini dəstəkləyir”.

Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələri hər iki tərəf və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident “Cəbrayıl” yarımstansiyasının açılışını etdi

Next Post

Cəbrayılda bu kəndlərin təməli qoyuldu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Cəbrayılda bu kəndlərin təməli qoyuldu

Cəbrayılda bu kəndlərin təməli qoyuldu

Prezident Cəbrayılda məktəb tikintisi ilə maraqlandı

Prezident Cəbrayılda məktəb tikintisi ilə maraqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.