Aİ ölkələrindəki enerji şirkətləri yeni mexanizmlə birgə təbii qaz alışına hazırlaşır.
Elchi.az Avropa İttifaqı Komissiyasının açıqlamasına istinadən xəbər verir ki, bu gün Avropa şirkətlərinin qazın birgə alqı-satqısı üçün yaradılmış mexanizm çərçivəsində ilk tələbin yaradılması prosesinə start verilib.
Açıqlamada, sistemdə qeydiyyatdan keçmiş şirkətlərin mayın 2-dək ilk mühasibat çağırışına cavab verməsi və şirkətlərin fərdi müraciətlərindən sonra lazımi həcmlərin birləşdirilərək qlobal bazarlarda tenderlərin keçiriləcəyi bildirilib.
Nuranə Məmmədova






