Avropa İttifaqı (Aİ) COVID-19 epidemiyası zamanı yaradılan sertifikatları qlobal sağlamlıq sertifikatına çevirmək üçün addımlar atıb.
Elchi.az xəbər verir ki, Avropa Şurası sertifikatların dəyişdirilməsi ilə bağlı tövsiyəsini qəbul edib.
Tövsiyədə Aİ-yə üzv dövlətlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal sağlamlıq sertifikatlaşdırma şəbəkəsinin inkişafında iştirak etməyə dəvət olunub.
Avropa Şurasının verdiyi açıqlamaya görə, rəqəmsal Kovid sertifikatları üçün Aİ tərəfindən hazırlanmış texnologiya ÜST tərəfindən hazırlanmış şəbəkəyə inteqrasiya oluna bilər.
Avropa Şurasının qərarında Birlik ölkələrinin ÜST şəbəkəsinə qoşulmaq öhdəliyi yoxdur. Üzv dövlətlər ÜST şəbəkəsinə qoşularsa, sertifikatlar, xüsusən də beynəlxalq sağlamlıq vəziyyətində fövqəladə vəziyyət halında şəbəkənin tələblərinə cavab verməlidir.
Rəqəmsal Covid sertifikatları üçün mövcud Aİ tənzimləməsi iyunun 30-da başa çatacaq.
Şayəstə Hüseynova





