Taxıl dəhlizi ilə bağlı bəyanat Avropa İttifaqından gəlib. Bildirilib ki, sazişin müddətinin uzadılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı ilə Türkiyə arasında aparılan danışıqlara Avropa Komissiyası yardım edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin orta yolun tapılmasını dəstəklədiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Taxıl keçidinin müddəti iyulun 17-də başa çatır. Bu prosesin ən mühüm iştirakçılarından biri olan Türkiyəyə diqqət çəkilir.
Rusiya-ASEAN Xarici İşlər Nazirləri Toplantısı üçün getdiyi İndoneziyada Rusiya xarici işlər naziri Sergey Lavrov da mövzu ilə bağlı açıqlamalar verib.
O bildirib ki, Türkiyə Taxıl Sazişində orta nöqtənin tapılmasının tərəfdarıdır.
O, Rusiya taxılını emal etmək və ehtiyacı olan ölkələrə göndərmək üçün digər razılaşmalardan asılı olmayaraq Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan edib.
Nuranə Məmmədova




