Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel Ukrayna Prezidenti Vladimir Zelenskini iyulun 17-18-də keçiriləcək Avropa İttifaqının – Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin sammitinə dəvət etmək barədə qərarını dəyişib. Brüssel. Elchi.az xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Materialda deyilir ki, ukraynalı siyasətçi sammitdə iştirak etmək üçün birbaşa müraciət etsə də, Çarlz Mişelin simasında aparıcı onu dəvət etməmək qərarına gəlib. Xüsusi əməliyyat fonunda Avropanın Qlobal Cənubda müttəfiqlərə ehtiyacı olduğu, buna görə də tədbirdə Avropa İttifaqının belə əlaqələr yaratmağı qarşısına məqsəd qoyduğu qeyd edilir.
Qeyd edək ki, bundan əvvəl Vilnüsdə NATO-nun sammiti keçirilib. Ukraynada sammitin nəticələrini məyusedici adlandırdılar, çünki Kiyev Şimali Atlantika Alyansına rəsmi dəvət almamışdı.
Havar Şəfiyeva





