Avropa İttifaqı Fələstinə pul yardımı göstərməyə davam edəcək. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
“Bu, artıq açıqlanıb, amma vurğulamaq istəyirəm ki, Avropa İttifaqı Fələstin Muxtariyyətinə vəsait köçürməsini dayandırmayacaq. İşğal olunmuş Fələstin ərazilərinin ehtiyac duyduqları yardımı almağa davam etməsi zəruridir”.
Bundan əvvəl BMT İsrailin Qəzza zolağının blokadasını tənqid edib. Təşkilat qeyd edib ki, blokada mülki şəxslərin həyatı üçün təhlükə yaradır və onları yaşamaq üçün zəruri olan hər şeydən məhrum edir.
Havar Şəfiyeva





