Siciliyada məhkəmə Avropa İttifaqının (Aİ) verdiyi kənd təsərrüfatı fondlarına 5 milyon avro ziyan vuran mütəşəkkil cinayətkar qruplaşmanın 91 üzvünü həbsə məhkum edib.
Patti məhkəməsi keçən ilin martında AB-dən otlaq sahələrinə yardım almaq üçün fırıldaqçılıq və şantajda ittiham olunan təşkilat üzvlərinə qarşı açılan iddia üzrə hökm çıxarıb.
Qərar çərçivəsində təşkilatın 91 üzvünə 2 ildən 30 ilə qədər həbs cəzası verilib, on müttəhim isə bəraət alıb.
Elchi.az xəbər verir ki,bu barədə işlə bağlı yerli media xəbərləri göstərirdi ki, 2010-2017-ci illər arasında 150 şirkət Aİ-ni otlaqlar, o cümlədən kağız üzərində mövcud olan torpaqlarla bağlı təxminən 5 milyon avro aldadıb.
Cinayət şəbəkəsində Siciliyada fəaliyyət göstərən “Cosa Nostra” mafiya üzvləri ilə yanaşı, “ağ yaxalıq”ların da əli olduğu üzə çıxıb.
Bildirilib ki, təşkilat üzvləri nəzarət etdikləri torpaqlar üçün yerdən yerə zorakılıq və təhdidlərə əl ataraq Aİ-yə yardım üçün müraciət ediblər./trthaber.com
Şayəstə




