AB Ali Nümayəndəsi Borrell: “Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni yaşayış məskənlərinin tikintisi üçün yeni vəsait ayıracağını öyrənəndə dəhşətə gəldim. Bu, özünümüdafiə deyil”.
Elchi.az xəbər verir ki, AB Ali Nümayəndəsi Josep Borrell, sosial media hesabından etdiyi şərhdə:
“Müharibənin ortasında İsrail hökumətinin daha çox qeyri-qanuni yaşayış məntəqələri tikmək üçün yeni vəsait ayırmağa hazırlaşdığını biləndə dəhşətə gəldim.
Bu özünümüdafiə deyil və İsraili daha təhlükəsiz etməyəcək. “Məskunlaşmalar Beynəlxalq İnsan Haqlarının ciddi şəkildə pozulması və İsrailin ən böyük təhlükəsizlik problemidir” dedi.
Şayəstə Hüseynova






