Ukraynada müharibə başlayacağı təqdirdə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları enerji sektoruna və yüksək texnologiyalara təsir edəcək.
Elchi.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri xanım Ursula fon der Leyen bildirib.
Onun sözlərinə görə, Aİ və NATO Ukrayna böhranı şəraitində tam birliyi qoruyacaq.





