"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aİ-nin xüsusi nümayəndəsindən Qarabağda savaş anonsu

07 Noyabr 2014 - 10:11
in GÜNDƏM, SİYASƏT

Herbert Salber: “İstənilən an genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər” img1673897

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə naziri Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb. Z.Həsənov kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır” – devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.
Z. Həsənov ölkəmizin neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmədiyini vurğulayıb: “Təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir”.
Nazir bu ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladıb: “İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir”. Z.Həsənov bildirib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır.
Qeyd edək ki, müharibə ehtimalı ilə bağlı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber də danışıb. Xüsusi nümayəndə  Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb.
“Anspress”in məlumatına görə, o, Azərbaycan, Ermənistan və ATƏT-in Minsk Qrupu arasında konstruktiv dialoqun saxlanmasının prioritet olduğunu deyib: “Avropa İttifaqının məsələ ilə bağlı mövqeyi dəyişmir. Biz ATƏT-in münaqişəyə həll tapma cəhdlərini dəstəkləyirik. Həmçinin, tərəflər arasında keçirilən zirvə görüşlərini təqdirlə qarşılayırıq. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ icmalarının bir araya gəlməsi və qarşılıqlı inamın yaradılması vacibdir. Bu iş çox çətindir və hər iki tərəf bu cür layihələrdən imtina edir. Buna səbəb təmas xəttində davamlı olaraq itkilərin qeydə alınmasıdır”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, fəal münaqişədir və istənilən zaman genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər: “Son dəfə Azərbaycanda olarkən mən məcburi köçkünlərin yaşadıqları düşərgələri ziyarət etdim və Azərbaycan hökumətinin onlar üçün yaratdığı şəraiti gördüm, ancaq buna baxmayaraq, bəzi məcburi köçkünlərin yaşayış şərtlərini təsvir etmək belə çətindir”.
O, Fransa prezidenti Fransua Ollandın dəvəti ilə Parisdə keçirilən görüş barədə də danışıb: “Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorliklə müzakirə zamanı o, mənə irəliləyişlərin olduğunu və gələcəyə nikbin baxdığını bildirdi. Buna baxmayaraq, hər kəs başa düşür ki, yekunda Rusiya rəhbərliyinin razılığı olmadan və Moskva öz ”xeyir-duasını” verməyincə, münaqişənin həlli çətin olacaq”.
Xüsusi nümayəndə komitə üzvlərinin diqqətinə çatdırıb ki, Azərbaycan və Ermənistan hökumətlərinə Dağlıq Qarabağ və digər rayonlara səyahət etmək icazəsi üçün rəsmi müraciət edib: “Mən oradakı vəziyyəti gözlərimlə görmək istəyirəm. Hələlik icazə verilməsə də bu məsələdən əl çəkməyəcəyəm”.
H.Salber xüsusi olaraq Ukrayna böhranının regiondakı ölkələrə təsirini vurğulayıb. O deyib ki, Azərbaycan hökuməti və ictimaiyyəti Ukrayna hadisələrindən sonra Aİ-nin ərazi bütövlüyü prinsipinə verdiyi qiyməti xüsusi həssaslıqla qarşılayır. Gürcüstanda isə Ukrayna hadisələrini 2008-ci ildə Gürcüstanın özündə baş verən müharibənin təkrarı kimi və günahkar tərəfin təsdiqi kimi görürlər.
Xatırladaq ki, H.Salber Aİ-nin xüsusi nümayəndəsi kimi son iki ayda Cenevrə beynəlxalq danışıqlarında həmsədr rolunu oynayıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin ucuzlaşması davam edir

Next Post

İŞİD-ə qoşulan 30 avstriyalı öldürülüb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Next Post

İŞİD-ə qoşulan 30 avstriyalı öldürülüb

Bakıda beynəlxalq konfrans keçirilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.